Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Macarlar Vasif Tağıyevi Atillaya bənzətdilər - VİDEO

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşı Vasif Tağıyev Atilla kimi cəsur və qorxmazdır.

Milli.Az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə Macarıstan sakinləri bildiriblər. Onlar səfirliyə hücumu birmənali şəkildə pisləyir və bunu qəbuledilməz hesab edirlər.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştə ezam olunmuş əməkdaşımız Nəcəf Həsənov şəhərdən xüsusi reportaj hazırlayıb, sakinlərlə söhbətləşib, insanların Azərbaycanla, eləcə də Tehrandakı səfirliyimizə hücumla bağlı münasibətlərini öyrənib. Məlum olub ki, Azərbaycanda baş verən proseslər Macarıstanda diqqətlə izlənilir. Türk Dövlətlər Təşkilatında müşahidəçi statusunda təmsil olunan Macarıstan həmişə Azərbaycanın uğurlarına sevinib, kədərinə isə  şərik olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az