Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Makiyajsız fotolar paylaşan Bergüzardan İSMARIŞ

3-cü dəfə ana olmağa hazırlaşan aktrisa Bergüzar Korel makiyajsız fotoları ilə İnstaqramın gündəmi olub.

Publika.az xəbər verir ki, aktrisa İnstaqramda paylaşılan fotoların böyük hissəsinin fotoşop möcüzəsi olduğuna işarə edib.

“İnstaqramın sehrli dünyasına xoş gəldiniz, əziz qadınlar. Buranın real dünyadan nə qədər uzaq olması hamımızı narahat edir, amma uzaq dura bilmərik. Ürəkaçan fotolar, gözəl qadınlar, dekorlar, ana və uşaq səhifələri görəndə zövq alıram. Hamımız gözəl, sağlam və yaxşı görünmək istəyirik. Ancaq bununla bərabər gerçək bir dünya var.

Şüuraltına həkk olunmuş təmiz, ağ, steril, həddindən artıq səliqəli fonda çəkilən fotolar həmişə həqiqəti əks etdirmir. Mən aktrisayam və peşəmə görə populyaram. Amma işimin bəzi öhdəliklərinə etiraz etmişəm. Ən çox da arzulanan və gözəl görünmək öhdəliyi.

Bu fotolar günəş doğandan sonra yuxudan oyanan və yataqdan qalxan kimi çəkdiyim kadrlardır. Şişmiş üzüm, ləkələrim, dağınıq saçlarım... Bəzən bütün günü evin ətrafında belə gəzirdim. Bəzən divandan qalxa bilmirdim. Bəzən makiyaj edirəm. Bəzən özümü çox bəyəndim, bəzən güzgüyə baxa bilmədim. Hazırda bu sətirləri oxuyan və onlarla ilişib qalan dostum, demək istədiyim odur ki, bir-birimizdən fərqlənmirik”.