Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Makronla Paşinyanın planı - Detallar

“Ermənistan və Fransa arasında sövdələşmə var. Burada əsas məqsəd ondan ibarətdir ki, Avropanın vasitəçilik təşəbbüsündən öz maraqları üçün istifadə etsinlər”

Bu sözləri Publika.az-a açıqlamasında Politoloq İlqar Vəlizadə deyib.

İ.Vəlizadə qeyd edib ki, noyabrda keçirilməsi nəzərdə tutulan 5-ci Brüssel görüşünün dekabra təxirə salınması zamanı N.Paşinyanın “görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etsin” deyə irəli sürdüyü tələb olduqca absurddur. Sözügedən tələb, Brüssel görüşünü sual altına qoyur:

“Paşinyan Fransanın diktəsi ilə oturub-durur. O, bu vasitə ilə Avropa meydançasını, Avropa masasını mənimsəmək istəyir. Bu, qətiyyən yolverilməzdir. Səbəb odur ki, biz öncəliklə Avropa İttifaqı ilə danışmışıq və Aİ-nin vasitəçiliyini qəbul etmişik, Fransın vasitəçiliyini yox”.

Politoloq Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçi kimi iştirak edə bilməyəcəyini vurğulayıb: “Son həftələrdə Fransa rəhbərliyinin çıxışlarından belə nəticə hasil olur ki, Makron bu məsələyə qarışmamalıdır”.

Ayşən Rəhim