Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

"Mançester Yunayted"ə yeni baş məşqçi lazımdır"

"Liverpul"un keçmiş müdafiəçisi, hazırda televiziya eksperti olan Ceymi Karraqer Ole Qunnar Solşerin "Mançester Yunayted"in baş məşqçisi kimi gördüyü işlərdən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, norveçli mütəxəssisin "qırmızı şeytanlar"da uğur qazanmayacağını deyib.

"Sulşer futbolçu olduğu dönəmdə bu klubun bir parçası idi. Amma indi nə edir? Mən bir plan görmürəm.

Sulşer "Mançester Yunayted"in baş məşqçisi kimi həqiqətən yaxşı iş gördü.  Amma o, "Yunayted"in başında Premyer Liqa və ya Çempionlar Liqasını qazanmayacaq. O, Klopp, Tuhel və ya Qvardiola səviyyəsində məşqçi deyil. O, yalnız İngiltərə Kubokunu qazanacaq və bu, baş versə belə, yenə də klubun yeni baş məşqçiyə ehtiyacı olacaq".

Milli.Az