Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Masallı və Qubada ikimərtəbəli ev yandı

Masallı rayonunun Şıxlar kəndində ümumi sahəsi 320 m² ( hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində döşəmə 4 m² sahədə, 2-ci mərtəbəsində tavan 36 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Quba rayonunun Küpçalqışlaq kəndində ümumi sahəsi 264 m² (hər mərtəbəsi 132 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə və bitişik, ümumi sahəsi 30 m² olan talvar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.