Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mask təcavüz iddiasına görə milyardlarla dollar itirdi

"Tesla"nın baş direktoru İlon Mask bir gündə 10 milyard dollar itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb ona qarşı irəli sürülən cinsi qısnama ittihamları olub.

"Bloomberg Billionaires Index"in məlumatına görə, mayın 19-da onun sərvəti təxminən 212 milyard dollar olub.

İddialara görə, hazırda Maskın sərvətini 201 milyard dollara qədər azaldıb.

Xatırladaq ki, "SpaceX"in stüardessası milyarderi cinsi təcavüzdə ittiham edib. Zərərçəkmiş hadisənin 2016-cı ildə Londona uçuş zamanı baş verdiyini izah edib. 2016-cı ildə İlon Mask Londona uçarkən adı açıqlanmayan stüardessanı yanına çağırıb. İddia olunur ki, iş adamı qadına qarşı bəzi seksual xarakterli hərəkətlər edib və erotik masaj qarşılığında ona at bağışlamağı təklif edib. Qız imtina edib. Nəticədə "SpaceX" onunla işə xitam müqaviləsi bağlayıb.

Qız məhkəməyə verməyəcəyinə dair vəd qarşılığında şirkətdən 250 min dollar alıb.

Milli.Az