Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olundu

“Dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib”.

Publika.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

YAP sədrinin müavini bildirib ki, onu da həmin tədbirdə iştirak etməyə dəvət ediblər.

"Eyni zamanda Mehriban Əliyeva Boğaziçi sammitinin açılış sessiyasında da çıxış edəcək", - o vurğulayıb.