Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Melo “Qalatasaray”a qayıdır

"Palmeyras"ın yarımmüdafiəçisi Felipe Melonun karyerasını yenidən Türkiyədə davam etdirməsi gözlənilir.

Milli. Az apasport.az-a istinadən xəbər verir ki, 38 yaşlı braziliyalı sabiq komandası "Qalatasaray"a qayıtmaq üzrədir.

Braziliya mətbuatı yanvarın 1-də azad agent statusu daşıyacaq Melonun qış fasiləsində "cim-bom"a dönəcəyini yazıb. Futbolçunun meneceri Leo Kornakinin İstanbula yollanaraq "Qalatasaray"ın bazasını gəzməsi və oradan şəkil paylaşması tərəflər arasında razılıq əldə olunmasına işarədir. Melonun hətta "sarı-qırmızılılar"da yenidən 10 nömrəli formanı geyinəcəyi vurğulanıb.

Qeyd edək ki, Felipe Melo 2011-2015-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.

Milli.Az