Azerbaijan

Meşədə 8 ocaqxana aşkar edilib -

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Oğuz rayonu, Tayıflı kəndi yaxınlığında meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən səkkiz ocaqxana aşkar edib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1 və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

Milli.Az

Football news:

Real Madrid are masters of adaptations (and Modric is their king). Barcelona are hostages of Koeman's ideas (well, enough canopies already!)
Junior Marketing manager vacancy in the Creative Studio
Ruediger is in talks with Man City, PSG, Juventus and Tottenham
Manchester United's chaotic pressure failed. And Firmino is the main hero of the defeat from those who are not called Mo Salah
Bergomi about the draw in the Inter - Juventus match: With Lukaku, Inter would have won 3-0
Klopp won the 200th match in charge of Liverpool - the fastest in the history of the club
Messi received 4 points from L'Equipe for the match with Marseille, Neymar - 3