Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Messi millinin oyunundan 18 saat sonra PSJ-nin matçında iştirak etdi - FOTO

Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində oktyabrın 14-dən 15-nə keçən gecə baş tutmuş Argentina - Peru oyununda 90 dəqiqə meydanda olan Lionel Messi, deyəsən qətiyyən yorulmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, Bakı vaxtilə saat 05.30 radələrində başa çatan qarşılaşmadan dərhal sonra o, Fransaya uçaraq özünü bu gecə saat 23.00-da start götürən PSJ - "Anje" oyununa çatdırıb.

Argentinalı komandasının Fransa çempionatındakı növbəti matçını "Park de Prens"də əyləşərək izləyib.

Messinin millinin oyunundan 18 saat sonra PSJ-nin matçında iştirak etməsi diqqətdən yayınmayıb.

Milli.Az