Messi və Mbappe “Lill”ə oyunu buraxa bilər

PSJ Fransa Liqa1-nin XII turunda "Lill" önünə ciddi itkilərlə çıxa bilər.

Day.Az APA-ya istinadən bildirir ki, komandanın hücumçuları Lionel Messi və Kilian Mbappenin son çempionla matçda iştirakı sual altına düşüb.

Buna səbəb Argentina və Fransa millisinin üzvünün komandanın son məşqini buraxmasıdır. Mbappenin xəstələndiyi üçün "Lill"ə görüşü buraxmaq ehtimalının yüksək olduğu bildirilir. Messinin isə məşqə çıxmamasının səbəbi açıqlanmayıb.