Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Metroda daha bir qatarda problem yarandı

Metronun "Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, dərhal köməkçi qatar təyin edilib.

"Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var", - B. Məmmədov deyib.

Milli.Az