Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Meyit donorun anonimliyini qorunmayanlar cərimələnəcək

Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 162-1.2 maddədə əksini tapıb.

Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək.

Milli.Az