Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Millimiz 4 qol buraxaraq məğlub oldu

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Avstriyanın qonağı olub.

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Avstriya seçməsinin kapitanı Marsel Sabitzer fərqlənib. Bundan bir dəqiqə sonra Mixael Qreqoritş fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 64-cü dəqiqədə Emin Mahmudov fərqi azaltsa da, beş dəqiqə sonra Kristof Baumqartner 4-cü qolu Azərbaycan yığmasının qapısından keçirib.

F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.

xxx

Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, meydan sahibləri 4-cü dəfə fərqləniblər.

69-cu dəqiqədə Kristof Baumqartner adını tabloya yazdırıb.

xxx

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, Azərbaycan yığması hesab arasındakı fərqi azaldıb.

64-cü dəqiqədə Emin Mahmudov topu rəqib qapısından keçirib.

xxx

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar.

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

xxx

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.

xxx

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda iki qol vurulub.

Publika.az xəbər verir ki, meydan sahibləri 28 və 29-cu dəqiqələrdə fərqləniblər.

Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan yığmasını mərkəzə dəvət edib.

xxx

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb.

Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.