Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mişustindən Paşinyana: Nəqliyyat açılmalıdır!

Rusiya Baş naziri Mixail Mişustinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində görüş keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Mişustin Paşinyanla görüşdə ölkəsinin Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasının tərəfdarı olduğunu vurğulayıb:

"Biz ənənəvi olaraq Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıyıq. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdikləri razılaşmaların həyata keçirilməsini təmin etməyi vacib hesab edirik".

Mişustin qeyd edib ki, yeni nəqliyyat və infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir.

Milli.Az