Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Moldovadan Rusiyaya TƏLƏB: "Ölkənin neytral statusunu pozur"

Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Rusiya ordusunun Dnestryanı bölgədən çıxarılmasına və sovet dövründən qalan silah-sursat anbarlarının ləğvinə çağırıb.

Publika.az xəbər verir ki, o bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Nazirin sözlərinə görə, Rusiya hərbçilərinin “qeyri-qanuni” mövcudluğu Moldovanın suverenliyini və neytral statusunu pozur.

"Biz qətiyyətlə Rusiya ordusunun Moldova Respublikası ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirik", - deyə Popesku bildirib.

Sentyabrda Moldova prezidenti Maya Sandu sovet dövründən silah-sursat anbarlarını qoruyan rus ordusunun tanınmamış Dnestryanı bölgədən qeyd-şərtsiz çıxarılmasını tələb edib. Sandunun fikrincə, Rusiyadan olan hərbi qulluqçuların qanunsuz olması Moldovanın neytral statusunu pozur və ölkənin təhlükəsizliyinə təhlükəni artırır.

Müxtəlif hesablamalara görə, Kolbasnadakı hərbi anbarlarda 19-22 min tona qədər sursat var. Onların yarıdan çoxunun istifadə müddəti bitib, ona görə də istifadə etmək və daşımaq mümkün deyil.

Hüseyn İbadlı