Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Moped sürücülərinə qadağa: sürücülük vəsiqəsi tələb olunacaq

Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəni deputat Kamal Cəfərov təqdim edib. Layihəyə əsasən, sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsi tələb olunmasına dair layihə I oxunuşda qəbul edilib.

Dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir. Bununla da trisikl və kvadrisiklər dövlət qeydiyyatına alınacaq və sürücülük vəsiqəsi tələb olunacaq. Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.

Deputat Şahin İsmayılov müzakirələrdə deyib ki, skuterlərin sürəti 60 km saat çərçivəsindədir: Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib. Bizdə də bu təcrübədən istifadə olunsa, yaxşı olar. Azərbaycanda skuterlər yayılmağa başlayıb. Burada fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.

E.Paşasoy,
Musavat.com