Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Moskva ilə Kiyev arasında danışıq - Kreml tələbini açıqladı

Kiyevin, Moskvanın səsləndirdiyi tələbləri müzakirə etmək üçün siyasi iradəsi və hazırlığı olmalıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Yaxşı, bu, siyasi iradədir. Rusiyanın hamıya məlum olan tələblərini müzakirə etməyə hazır olmaqdır”, - deyə Kreml sözçüsü Ukraynanın Rusiya ilə danışıqlara başlamaq üçün hansı şərtləri yerinə yetirməli olduğu sualına cavab olaraq bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şərtlər irəli sürüb. Zelenskinin fikrincə, bu şərtlərin yerinə yetirilməsi münaqişəyə ədalətli, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında son qoymalıdır. Onun yeni tələbləri sırasına Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpası, Rusiyanın enerji resurslarına qiymət həddinin tətbiqi, habelə taxıl müqaviləsinin genişləndirilməsi daxildir.

Səxavət