Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Moskva məhkəməsi Rövşən Əsgərovu qiyabi olaraq həbs edib

Moskva məhkəməsi Rövşən Əsgərovu qiyabi olaraq həbs edib

Rusiyada Moskvanın Basman rayon məhkəməsi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu qiyabi olaraq həbs edib.

Trend-in məlumatına görə, bu barədə məhkəmənin mətbuat xidməti bildirib.

Qərarda qeyd olunur ki, R.Əsgərov barəsində ekstradisiya olunacağı təqdirdə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açmış, mayın 11-də o axtarışa verilmişdi.

Məlumatda qeyd olunurdu ki, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.