Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçiriləcək

Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçiriləcək

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Day.Az xəbər verir ki, bu barədə bazar günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında deyilir.

Məlumata əsasən, səfər çərçivəsində C.Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü baş tutacaq.

"Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır", - deyə açıqlamada bildirilir.

Rusiya XİN Azərbaycan xarici işlər nazirinin qarşıdakı səfərini Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində nəzərdən keçirir.