Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mourinyo ənənəvi özbək geyimində göründü -

Özbəkistan nümayəndə heyəti "Bolonya"-"Roma" oyundan əvvəl ikincilərin çalışdırıcısı Joze Mourinyonu görməyə gəlib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, qonaqlardan biri qeyd edib ki, "Roma"nın özbək hücumçusu Eldor Şomurodovun uğurları onları çox sevindirir:

"Eldor təvazökar oyunçudur və gənc idmançılarımız üçün nümunədir. Onun İtaliyanın əsas komandalarından birinə keçməsi azarkeşlər və xalqımız üçün böyük hədiyyədir", - deyə nümayəndə heyətindən bildirilib.

Görüş isti atmosferdə keçib. Mourinyo isə hədiyyə olaraq ənənəvi özbək bıçağı alıb.

Milli.Az