Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

MSK: “Özbəkistanda prezident seçkilərində fəallıq 80%-i ötüb”

MSK: "Özbəkistanda prezident seçkilərində fəallıq 80%-i ötüb"

MSK: "Özbəkistanda prezident seçkilərində fəallıq 80%-i ötüb"

Özbəkistanda bu gün keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, seçki məntəqələri bağlanana qədər seçici fəallığı 80,8% təşkil edib.

“Report” xəbər verir ki, bu barədə MSK-nın sədri Zayniddin Nizamxocayev bildirib.

"Seçici fəallığını qeydə alan elektron sistemə görə, saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) 16 036 914 nəfər və ya ümumi siyahının 80,8%-i seçki məntəqələrinə gəlib", - Nizamxocayev deyib.

Qeyd edək ki, səsvermə bu gün saat 08:00-da (Bakı vaxtı ilə saat 07:00-da) başlayıb və saat 20:00-a (Bakı vaxtı ilə 19:00) qədər davam edib. Seçkilər baş tutmuş elan olunur, seçici fəallığı tələb olunan 33%-i keçib.

Yenilənmiş məlumatlara görə, seçkilərdə 19,86 milyon seçici səsvermə hüququna malikdir.