Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mühasibat sistemində kassa metoduna son -

Vergi Məcəlləsinə sahibkarlıq subyektlərinin gəlir və xərclərinin uçot üsulu barədə təklif edilən dəyişikliklər qəbul olunarsa, bu, Azərbaycanda kölgə iqtisadiyyatının məhdulaşdırılması istiqamətində növbəti addım olacaq.

Hüquqşünas Həmid Əhmədov Real TV-yə müsahibəsində bildirib ki, Vergi Məcələsinə təklif edilən və hazırda Milli Məclisdə müzakirə edilən dəyişikliklər gəlir və xərclərin uçotunda hesablama metodunun tətbiqinin genişləndirilməsini nəzərdə tutur:

"Hal hazırda qüvvədə olan Vergi Məcəlləsində ümumiyyətlə gəlir və xərclərin uçotunun kassa metodu və hesablama metodu mövcuddur. Lakin bu nəzərdə tutulan qanun layihəsində artıq kassa metodu mikrosahibkarlıq subyektləri istisna olunmaqla, digər sahibkarlıq subyektləri kassa metodundan istifadə edə bilməyəcəklər. Düzdür, qanunvericilikdə onlara bununla bağlı güzəştli müddət də nəzərdə tutulur. 2022-2023-cü illərdə bü müddəalar nəzərdə tutulur. Sadə olaraq nə oluğunu bildirsək, hesablama metodunda təsərrüfat subyekti üçün vergi öhdəliyi onun satışı həyata keçirdiyi ayda hesablanmalıdır. Kassa metodunda isə ödənişi birbaşa aldığı ayda, həmin ayda uçot dövrü üçün vergi ödəyicisi öz hesabatına quranda nəzərə almalıdır".

Sadə dillə deyilsə, kassa metodu ilə uçot aparan sahibkarlıq subyektləri uçotu real əldə etdiyi gəlirlər və xərclər üzərində qururlar. Hesablama metodunda isə uçot haqqında müqavilə, bağlanmış potensial gəlirlərə görə aparılır, xərclərlə bağlı da məsələyə eyni cür yanaşılır. Hazırda sahibkarlıq subyektlərin əksəriyyətində uçot kassa metodu ilə aparılır, mühasiblər bunu daha rahat sayırlar:

"Kassa metodu əslində real dövriyyəyə uyğun quruluduğu üçün bir sıra təsərrüfat subyektləri üçün daha sərfəli forma kimi görünsə də, reallıqda bu metod əslində təsərrüfat subyektinin real vəziyyətini, onun rentabelliyini dəqiq əks etdirmir. Həmçinin bununla bağlı olaraq təsərrüfat subyekti öz gələcək planlaşmasını da kassa metodu ilə qurubsa, çətinlik çəkir. Bununla bağlı dövlət siyasəti də o istiqamətdə qurulub ki, ümumiyyətlə vergi və maliyyə uçotu beynəlxalq maliyyə standartlarına uyğunlaşdırılsın. Bu dəyişiklik də həmin dövlət siyasətinin tərkib hissəsi kimi nəzərdə tutulur. Beynəlxalq maliyyə standartlarında kassa metodunun tətbiqi ümumiyyətlə nəzərdə tutulmayıb".

Milli Məclisdə müzakirə olunan yeni qanunvericiliyə görə, mikro sahibkarlıq subyektləri istisna olmaqla, yaxın 1-2 ilə bütün sahibkarlıq subyektləri uçotda kassa metodu ilə vidalaşaraq, hesablama metoduna keçməlidirlər. Azərbaycan qanunvericiliyinə görə, işçi sayı 1-10 arasında dəyişən iş adamı mikro sahibkar, 11-50 arasında dəyişən iş adamı kiçik sahibkar, 51-250 arasında dəyişən iş adamı isə orta sahibkar sayılır. Yəni işçi sayı 10-dan yuxarı olan bütün müəssisələr uçotda hesablama metodunu tətbiq etməli olacaqlar:

"Mikrosahibkarlıq subyektləri Vergi Məcələlsinin 130-ci maddəsinə əsasən indidən sonrakı müddətdə kassa və ya hesablama metodunu seçə bilərlər. Lakin kiçik və orta müəssisələr 2023-cü il yanvarın 1-ə qədər kassa metodundan istifadə edə bilər, amma bundan sonra hesablama metodundan istifadə etməlidirlər. İri sahibkarlıq müəssisələri artıq 2022-ci il yanvarın 1-dən öz gəlir və xərclərini yalnız hesablama metodu əsasında qurmalıdırlar".

Buradan belə çıxır ki, dəyişiklik qəbul edilərsə, sadələşdirilmiş vergi ilə işləyən sahibkarlar da kassa metodu ilə fəaliyyətlərinə davam edə biləcəklər, çünki mikrosahibkardırlar. Amma digər sahibkarlıq subyektləri hesablama metoduna keçməli olacaqlar. Ümumiyyətlə, dövriyyəsi 200 min manatdən yuxarı olan bütün təsərrüfat subyektləri 2022-ci il yanvarın 1-dən yalnız hesablama metodundan istifadə edəcəklər. Təbii ki, bu yenilik uçotla məşğul olanları daha ətraflı məlumat verməyə məcbur edəcək:

"Kassa metodu ümumiyətlə o hallarda tətbiq olunur ki, ümumiyyətlə müqavilə bağlanır, öhdəlik yaranır, qaimə verilir bu ayda, məsələn, bu uçot dövründə, lakin ödəniş şirkətə növbəti dövrlərdə daxil olur. Yaxud eyni qaydada da xərclər nöbəti aylarda tətbiq olunur. Bu zaman müəssisə öz hesabatını quranda artıq onun real kassa qalığı ilə !!!! onun maliyyə uçotu arasında müəyyən uyğunsuzluqlar yarana bilir. Bu metoddan praktikada o şirkətlər istfiadə edir ki, onlar qaimə və ödənişləri fərql-fərqli vaxtlarda verirlər".

Beynəlxalq maliyyə standartlarında kassa metodundan uzaq durulmasının ciddi səbəbləri var. Ümumiyyətlə, kassa metodunun tətbiqi, xüsusən də vergi əməkdaşları üçün bunun uçotu və nəzarəti müəyyən çətinliklər törədir. Lakin hesablama metodu üzrə uçot artıq satış hüququnun əmələ gəldiyi andan aparıldığı üçün izlənməsi daha rahat sayılır.

Kassa metodu, xüsusilə də, iri topdansatış və pərakəndə satış obyektlərində nağd dövriyyənin bir qismini vergidən yayındırmaq üçün imkan yaradır. Amma hesablama metodunda uçot malların daxil olması anında aparıldığına görə, bu, istisna ediləcək. Çünki yeni qanunvericiliyə görə, həmin andan mal barədə vergi qurumuna məlumat ötürüləcək. Yəni gəlirlərin nağd və ya nağdsız olmasına baxmayaraq, real dövriyyəni gizlətmək olmayacaq.

Əslində, praktika göstərir ki, hesablama metodu ilə işləmək elə də mürəkkəb deyil. Çünki, əslində, müqavilələrin bağlanması anı ödənişlər arasında o qədər də böyük aralıq olmur. Yəni elə hal olmur ki, qaimə öu gün yazılsın və ödəniş 5-6 ay sonraya qalsın, maksimum 1-2 ay gecikmə ola bilər ki, bunu da həmin uçot dövründə nəzərə almaq mümkündür.

Əvəzində isə, uçotda hesablama metoduna keçid biznes subyektlərinin maliyyə vəziyyəti barədə dəqiq məlumat əldə etməyə şərait yaradır. Bu isə sahibkarların daha rentabelli biznes strategiyası qurmasına imkan verir.

Milli.Az