Azerbaijan

Müsəlman qadın həyətindəki kilsəni necə sökdürmüşdü…

Müsəlman qadın həyətindəki kilsəni necə sökdürmüşdü...

1992-1995-ci illərdə keçmiş Yuqoslaviya ərazisindəki müharibə xüsusilə Bosniya və Herseqovina üçün böyük faciə ilə nəticələnmişdi. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, döyüşlər 312 min nəfərin həyatını itirməsinə səbəb olub. Müharibə 2 milyondan çox insana doğma yurdunu məcburi tərk etməkdən başqa yol qoymayıb.

Bizimyol.info xəbər verir ki, Bosniya müharibəsində evini qoyub gedənlər arasında Srebrenitsanın 20 kilometrliyində yerləşən Konyeviç Polye kəndinin sakini Fata Orloviç də olub. Müsəlman qadın ailəsi ilə doğma yerlərdən xeyli uzaqlaşmaq məcburiyyətində qalıb. Konyeviç Polye Serbiya ordusunun əlinə keçib. Serblər tezliklə burada kilsə tikmək qərarına gəlib. Dini məbəd məhz Orloviçin həyətində inşa edilib. Müharibə bitəndən sonra müsəlman ailə doğma yurda qayıdıb. Orloviç uzun illər haqları üçün mübarizə aparıb. O, kilsənin sökülməsini tələb edib. Orloviç istəyinə nail olub.

Avropa İnsan Haqları Məhkəməsi kilsə işi ilə bağlı qərarını hələ 2019-cu ilin oktyabrında vermişdi. Qərar beləydi ki, dini məbəd hər hansı şəkildə müsəlman qadının həyərindən çıxarılmalıdır. Üstəlik, Orloviçə 31 min avro təzminat ödənməlidir.

Proses xeyli yubadılmışdı. Serb pravoslav kilsəsinin nümayəndələri ciddi müqavimət göstəriridi. Konyeviç Polye sakininin mübarizəsinə həmkəndliləri də qoşulmuşdu. Nəhayət, 2021-i ilin yayında Orloviçin kilsənin sökülməsi tələbi yerinə yetirilib.

“Çox yoruldum. Dəfələrlə xəstəxanaya düşdüm, amma bu günü görmək üçün ölmədim. Nəhayət, indi həyətimdə rahatca əyləşib bir fincan qəhvə içə bilərəm”.

Orloviç serblərə heç vaxt pislik etmədiyini deyib. Müsəlman qadın, sadəcə, həyətində pravoslav kilsəsini görmək istəməzdi.

Kilsəni sökdürmək Fata xanımın həyatındakı ən böyük çətinlik sayılmır. Müsəman qadının həyat yoldaşı da Srebrenitsada spyqırıma məruz qalan 8 min nəfərdən biri olub. Fata Orloviç ərinin ruhunun rahatlıq tapdığına inanır. Qadın böyük mübarizədə layiqli qələbə qazanıb.

Bizimyol.info

Football news:

Messi has a muscle injury. Tomorrow it will be known whether he will play with Lille
Mauricio Pochettino: I had problems when I said Messi should take the Golden Ball. Neymar and Mbappe asked why they didn't
Koeman was fired on the plane when Barcelona was flying home after the match with Rayo
A homophobic tweet was published on behalf of Shomurodov. Roma stated that the account is fake
Neymar on the words about the 2022 World Cup: I was misunderstood. I go out to every match as if he is the last
Lautaro has extended his contract with Inter until June 2026. There are no compensation now
Pochettino on Messi: Guardiola said he can play in any position. He has an exceptional ability to be anywhere on the pitch