Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib

Yanvar ayının 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.

Gecədə Azərbaycan Respublikasının Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Aygün Mübariz (soprano), Çinarə Heydərova (qanun), Rövşən Əmrahov (violin),  Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) ifasında bəstəkarın əsərləri səsləndirilib. Bəstəkar və pianoçu İlyas Mirzəyev öz bəstəsi olan "Simurq quşu" əsərinin dinləyicilərə təqdim edib.

27 yanvar tarixində Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bəstəkarın xatirəsi Fəxri xiyabanda yad edilib.

Milli.Az