Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Musa Qasımlı Qars müqaviləsinin 100 illiyinə həsr olunan tədbirdə

Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkil etdiyi Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün sabah Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

Publika.az xəbər verir ki, tədbirdə bir əsr bundan əvvəl Qars müqaviləsini imzalamış dövlətlərin akademikləri, tanınmış elm adamları, sahə mütəxəssisləri iştirak edəcək.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tədbirdə “Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair” mövzuda məruzə edəcək.