Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş adamlarının görüşü keçirilib

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş adamlarının görüşü keçirilib

Bu gün MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş adamlarının görüşü keçirilib.

Trend xəbər verir ki, görüşdə Türkiyənin Kocaeli bölgəsinin Körfəz Ticarət Palatasından 30 nəfərlik nümayəndə heyəti, eyni zamanda MÜSİAD Azərbaycan üzvləri və 150-dən çox iş adamı iştirak edib.

İş dünyasının önəmli simalarının bir araya gəldiyi görüşdə əlaqələrin möhkəmləndirilməsi və birgə iş imkanları müzakirə olunub.

MÜSİAD Azərbaycan tərəfindən daha əvvəl 2 dəfə, bu gün isə üçüncüsü keçirilən iş adamalarının şəbəkəyönümlü görüşündə iştirak edən edən qonaqlar keçirilən bu görüşün vacibliyini vurğulamaqla yanaşı məmnunluqlarını da bildiriblər.