Azerbaijan

“Müştərilərin restoranın mətbəxinə baxmaq hüququ var”

Artıq iki ildən çoxdur ki, bütün dünya, eləcə də Azərbaycanda pandemiya ilə əlaqədar olaraq qadağalar və məhdudiyyətlər tətbiq edilir. Restoranların müəyyən şərtlərlə fəaliyyəti, çay evlərində qəlyana icazə verilməməsi və s. bu kimi məhdudiyyətlər istehlakçıların narazılığına səbəb olur.

Azərbaycan Azad İstehlakçılar" Birliyinin sədri və Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, istehlakçılar hər zaman sərbəstlik istəyir. Onlar sərbəst seçim və sərbəst hərəkət hüququnun olmasını - qısacası, hər şeydə sərbəstlik istəyir. Ancaq bütün dünyada olduğu kimi Azərbaycanda da qaydalar sərtləşdirildi. İstehlakçıların əlində olan sərbəstlik, müəyyən qədər alınmış oldu. İstehlakçıların buna qarşı narazılığı da var.

Eyyub Hüseynov Eyyub Hüseynov

"İstehlakçılar anlamalıdır ki, bu ümumi bir bəladır və hökumətlər, istehlakçıları qorumaq üçün qanunları sərtləşdirərək onların hüquqlarını məhdudlaşdırır. Restoranlarda, kafelərdə istehlakçıların narazılığı var. Onlar çox sayda adamla retoranlara getmək, sərbəst hərəkət etmək istəyirlər. Lakin dövlətimizin insanları qorumaq üçün tətbiq etdiyi qaydalar var ki, bu istehlakçılarn bir-birinə yaxın məsafədə oturmaması, masaların üzərində spirt olması, bəzən maska tələb olunması halları vardır. Düşünürəm ki, pandemiya rejimində bu vacib tələblərdir və istehlakçılar da bu qaydalara əməl etməlidir. Əlbəttə, istehlakçı istəyir ki, harda oldu siqaret çəksin, harda oldu qəlyan çəksin, sərbəst olsun və s. Lakin pandemiya dövründə istehlakçılar dövlətin qoyduğu qaydalara əməl etməlidirlər ki, pandemiya daha çox yayılmasın" - deyən E.Hüseynov bildirib ki, istehlakçılar, restoranların səhərə qədər işləməsinin tərəfdarıdır, lakin bu da dövlətin qanunlarına görə məhdudlaşdırılıb. Onun sözlərinə görə, bəzi restoranlarda dövlətin qanunları və qanunlardan irəli gələn istehlakçı hüquqlarının pozulması müşahidə olunur. Restoranlarda sıx oturma, gecə saatlarına qədər işləmə, personalın gigiyena qaydalarına əməl etməməsi müşahidə edilir: "Özüm bu yaxınlarda İsmayıllıda Talıstan hotelində oldum. Burada xidmət göstərən personalın gigiyena qaydalarına əməl etmədiyinin şahidi oldum. Çayçının başında böyük bir "şapka", siqaretin biri ağzında, digəri qulağında, maskasız çay gətirirdi. Belə hallara yol vermək olmaz".

Belə hallarla bağlı "Azad İstehlakçılar" Birliyinə həftədə 2-3 zəngin gəldiyini bildirən Hüseynov həmçinin qeyd edib ki, istehlakçının restoranın mətbəxinə baxmaq hüququ var. Bir çox iaşə müəssisələrində mətbəxlərin istehlakçıların üzünə bağlı olduğunu vurğulayan E.Hüseynov istehlakçılara açıq mətbəxi olan müəssisələrə getməyi tövsiyyə edir.

"Biz bir televiziya layihəsi çərçivəsində, Bakıda fəaliyyət göstərən müəssisələrin mətbəxində monitorinqlər apardıq. Bakının mərkəzində yerləşən və zalı son dərəcə cəlbedici olan, lakin mətbəxi son dərəcə bərbad vəziyyətdə olan restoranlar gördük. Hətta hardasa hazırlanıb gətirilmiş yeməklər, orada qızdırılıb istehlakçılara verilirdi. Biz, ancaq Nizami küçəsində bir restoranda zala monitor qoydurduq və istehlakçının mətbəxi izləməsinə nail ola bildik. Təəssüf ki, bu da uzun müddət davam etmədi. Bu yaxınlarda həmin monitorun yığışdırıldığını gördüm. Biz istehlakçının mətbəxi görə biləcəyi şəffaf mühit yaratmağa nail olmalıyıq" - deyə ekspert qeyd edib.

Bəli, pandemiya dövrünün bəzən narazılıqlara səbəb olan qaydaları var. Bəzi iaşə obyektlərinin fəaliyyətinə icazə verilməsinə baxmayaraq, hələ də paytaxtda sauna və hamamların fəaliyyətinə icazə verilmir. Digər müəssisələrdə olduğu kimi hamam və saunalar da COVID-10 pasportu ilə fəaliyyət göstərə bilər. Ancaq görünür ki, hələ bu sahə hökümətin yadına düşmür.

İlahin, Bizimyol.info

Football news:

And to show what a donkey kick is in football? 50 Years ago in England they scored the best goal of the season
Sulscher on Ferguson's words about Ronaldo: We all want to see Cristiano on the pitch because of his uniqueness. But he can't play in every match
Pep on the requirement to stay on top: People judge me not by trophies, but by what will happen tomorrow
Joan Laporta: The Super League is alive, it will replace the Champions League. Juve, Real Madrid and Barcelona continue to win in the courts
Karim Benzema: Clasico remains the best match in football. It doesn't matter which players are playing
In favor of PSG, after the VAR, they awarded a penalty for playing with their hand. Perhaps Icardi had fouled before
Arsenal defender White: I don't watch football. All I want when I come home is not to think about him