Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Nə baş məşqçi, nə də rəhbərlik ona hörmət etmirmiş

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun "Mançester Yunayted"lə bağlı rezonans doğuran müsahibə verdiyi jurnalist Pirs Morqan futbolçunun “Əl-“Nəsr”ə keçidi haqda danışıb.

Publika.az xəbər verir ki, Morqan Ronaldonun MY-dən ayrılma səbəbini də deyib. O, portuqal futbolçuya klubda hörmət edilmədiyini bildirib:

“Ronaldo “Mançester Yunayted”dən azad olmaq istəyirdi. Hiss edirdi ki, nə baş məşqçi, nə də klubun yüksək rəhbərliyi tərəfindən ona hörmət edilmir.

İdeal olaraq, məncə o, Çempionlar Liqasında başqa top-klubda bir və ya iki il oynamağa üstünlük verərdi. Lakin “Əl-Nəsr” ona heyrətamiz bir təklif etdi.

Məncə, bu, dünyanın yeni bölgəsində futbolun profilini yüksəltmək yeni çağırışdır. İnanılmaz karyerasının qürub çağında bu çağırış onu həqiqətən cəlb etdi”.