Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Nə edək ki, insanların sevimlisi olaq?

İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır. Bəs nə edək ki, başqaları tərəfindən sevilək?

1. Gülər üz. İmam Əli (ə) buyurur: "Sənin gülər üzün - ilk yaxşılığındır və sənin nəcibliyinə dəlalət edir".

İmam Əli (ə) buyurur: "Gülər üz düşmənçilik atəşini söndürər".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Gülər üz - məhəbbətin kəndiridir. Yaxşı əməl və gülər üz məhəbbət gətirər. İnsanı behiştə çatdırar".

2. İnsaflı olmaq. İnsana başqalarının məhəbbətini qazandıra bilən əməllərdən biri də insaflı olmaqdır. İmam Əli (ə) buyurur:"Hər kim insanlarla insafla rəftar edərsə, Allah onun izzətini artırar".

3. İnsanlara "xoş gəlmisən" demək. İmam Əli (ə) buyurur: "Gülər üz, bəxşiş, yaxşılıq və "xoş gəlmisən" demək insanların dostluğuna səbəb olar".

4. Çətinliklərdə həmdərd olmaq. İmam Sadiq (ə) buyurur: "Hər kim möminin əziyyətini, qüssə və çətinliyini aradan qaldırarsa, Allah axirət qüssəsini ondan uzaq edər. Qiyamət günü qəbrindən qalxan zaman aram qəlbə malik olar".

5. Əl vermək. İmam Sadiq (ə) buyurur: "Bir-birinizə əl verin ki, kini aradan aparar".

Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə əl verin ki, məhəbbəti artırar".

6. Hədiyyə vermək. İmam Sadiq (ə) buyurur: "Bir-birinizə hədiyyə verin ki, bir-birinizin dostu olasınız. Çünki hədiyyə kini aradan aparar".

İmam Əli (ə) buyurur: "Heç bir şey hədiyyə qədər hakimi mülayim, qəzəbi yatızdıran, çətin işləri asan, pislikləri uzaq etməz".

7. Gözəl söz. İmam Səccad (ə) buyurur: "Gözəl söz - malı artırar, ruzini çoxaldar, əcəli təxirə salar, insanı ailəsi yanında məhbub edər və behiştə daxil edər".

8. Təvazökarlıq. İmam Əli (ə) buyurur: "Üç şey məhəbbət gətirər: xoş əxlaq, mülayimlik və təvazökarlıq".

İmam Baqir (ə) buyurur: "Üç şey məhəbbət gətirər: borc (vermək), təvazökarlıq və bəxşiş".

Milli.Az