Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Nadir Qafarzadə onları hədələdi - VİDEO

“Mən Azərbaycansız yaşaya bilmərəm. Nəsil-köküm ora bağlıdır, istəsəm belə, gedə bilmərəm. 51 yaşım olacaq, heç yerə getmirəm. İnşallah ailəmə, vətənimə qayıdacam. Vətənimi çox sevirəm. Orada ata-anamın məzarı var”.

Publika.az xəbər verir ki, bu sözləri hazırda Moskvada olan müğənni Nadir Qafarzadə İnstaqramda paylaşdığı videoda deyib. Sənətçi haqqında mənfi rəy yazanlara, arxivi qurdalayıb paylaşanlara hədə-qorxu gəlib:

“Sizi qoyub hara gedirəm? Azərbaycansız yaşaya bilmərəm. Məni mərdiməzar etməyin! Pis adam olmağa məcbur qoymayın. Yadıma gəlmir ki, kiməsə pislik etmişəm. Oğlumun yanına gəlmişəm, bir-iki günə qayıdacam”.

Qeyd edək ki, Nadir Qafarzadənin Rusiyaya gedərkən hava limanından foto paylaşaraq “Hava limanından sonuncu əlvida, çox uzaqlara uçub getdim”, - deyə qeyd etməsi bu iddialara səbəb olmuşdu. Müğənninin fəxri adlara layiq görülən sənətçilərin ünvanına dediyi fikirlər də qalmaqal yaratmışdı.