Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır

Xuşu[1] - insanın ibadətdə itaətkar olması və Allah-təalanın dərgahında bəndəlik möv­qeyinə tam diqqətli olmasının nəticəsidir.

Öz ehtiyaclılığını və acizliyini bilərək ilahi əzəməti və kamalı dərk edən insan ibadətdə özünü bənzərsiz və hər şeyi bilən Allah-təalanın qarşısında tapır.

Yəni insan belə bir hala uyğun rahatlıq tapır, belə bir halda itaət­kar olur, baxışları yerə dikilir və diqqəti hər bir başqa şeydən kəsilərək məbuda yönəlir.

Quranda möminlərin və onların ibadətlə­rinin təsviri zamanı buyurulur:

الَّذِينَ هُمْ فِی صَلاَ تِهِمْ خَشِعُونَ

-O kəslər ki, namazlarında həm ürəkləri və həm də bədənləri ilə itaətkardırlar. [2]

Bu hal həmin diqqətin məhsuludur. Bir hədisdə deyilir:

اُعبُدِ اللّهَ کَاءَنَّکَ تَراهُ

-Allaha elə ibadət et ki, sanki Onu görürsən. [3]

فَصَلِّها لِوَقتِها صَلاةَ مُوَدَّعٍ

-Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır.[4]

Yəni daim bu halda ol ki, sanki yalnız bu namaz üçün fürsət qalıb.

[1] Xuşu - insanın hər hansı bir əzəmət və ya həqiqət qarşısında təvazökarlığı, özünü kiçik tutmasıdır. Qurani-kərimdə namaza başlamaq yox, itaətkarcasına namaz qılmaq möminlik əlaməti hesab olunur.

[2] Möminun surəsi, 2-ci ayə.

[3] Misbahüş-şəriə, səh. 8.

[4] Biharul-ənvar, 84-cü cild, səh. 233.

Milli.Az