Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Namiq ailəsi haqda: Ondan sonra həyatım çox dəyişdi

Meyxanaçı Namiq Qaraçuxurlu ailəsi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə o, “Qonağın qonağı” verilişində danışıb.

Namiq deyib ki, xanımı tərəfindən ona inam var:

“Evlənəndən sonra həyatım çox dəyişdi. Belə daha yaxşıdır. Çünki ona qədər fikirləşirsən ki, nə əldə etmişəm? Boş-boş şeylərə enerji sərf edib, pul xərcləyirsən. Evlənəndən sonra baxırsan ki, bu, havaya uçmur. Mənim telefonumun kodunu uşaq da bilir, rahat girib baxırlar. Telefonu evdə yox, çöldə üzüaşağı qoyuram. Bizdə belə problem yoxdur. Qarşı tərəf normal baxır. Xırda məsələlər ola bilir. Pərəstişkarlara cavab da verirəm. Çünki inam var”.