Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

NATO zorakılığı hərbi yolla yatıracaq?

"NATO zorakılıqları yatırmaq üçün Kosovoya daha çox qoşun göndərməyə hazırdır. İlkin olaraq 700 əlavə qüvvə oraya gedir".

Publika.az xəbər verir ki, bunu Alyansın rəhbəri Yens Stoltenberq bildirib.

“NATO sayıq qalacaq. Biz təhlükəsiz mühit təmin etmək, gərginliyi sakitləşdirmək və azaltmaq üçün orada olacağıq”, - o deyib.

Stoltenberq NATO əsgərlərinə qarşı zorakılığı "tamamilə qəbuledilməz" adlandırıb və bildirib ki, NATO-nun bölgəyə əlavə qüvvələr göndərməsi lazım olacağı təqdirdə müttəfiqlər əlavə qoşunlar hazırlayır.

“Bizim həm Belqrad, həm də Priştinaya mesajımız ondan ibarətdir ki, onlar Aİ-nin köməyi ilə dialoqda xoş niyyətlə iştirak etməlidirlər”, - o əlavə edib.

Qeyd edək ki, Kosovonun şimalında iğtişaşlar apreldə serblərin boykot etdiyi seçkilərdən sonra əhalinin çoxluq təşkil etdiyi bölgədə etnik alban merlərin vəzifəyə başlamasından sonra güclənib.

İğtişaşlar nəticəsində 30 sülhməramlı və 52 etnik serb etirazçı yaralanıb.

Ayşən