Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Netanyahudan SƏRT MESAJ: "Kim bizə zərər vermək istəsə..."

İsrailin baş naziri Benyamin Netanyahu Yerusəlimdəki hücumlara güclü, sürətli və dəqiq cavab vəd edib.

Publika.az xəbər verir ki, bu barədə "Times of Israel”" qəzeti yazır.

"Kim bizə zərər vermək istəsə, biz də onlara və onlara kömək edən hər kəsə zərər verərik", - baş nazir mesaj verib.

Siyasətçi qeyd edib ki, İsrail münaqişəni gərginləşdirməyə çalışmır, lakin belə ssenariyə hazırdır.

Netanyahu həmçinin vətəndaşları qanunu öz əllərinə almamağa çağırıb. O qeyd edib ki, ölkənin əla ordusu, hökuməti və təhlükəsizlik xidmətləri var.

Xatırladaq ki, yanvarın 27-də axşam Şərqi Yerüsəlimdə sinaqoqhücum edilib. Hadisə zamanı 8 nəfər ölüb, ən azı on nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb və hücumçunun zərərsizləşdirildiyini bildirib.

Yanvarın 28-də günortadan sonra Yerüsəlimdə atışma təkrarlanıb. Nəticədə iki nəfər ağır yaralanıb. Polis həmçinin terrorçunun zərərsizləşdirildiyini bildirib.

Hüseyn İbadlı