Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb

Dünyada ABŞ-ın "Netflix" korporasiyasının ödənişli abunəçilik xidmətlərindən istifadə edənlərinin sayı 214 milyonu ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə korporasiyasının son rüb üzrə hesabatında deyilir.

Bildirilir ki, sentyabrın 30-u bitən 3 aylıq dövr ərzində "Netflix"in abunəçilərinin sayı 4,4 milyon artıb. Təqdim edilən proqnozlara əsasən, bu ilin dördüncü rübünün sonuna qədər abunəçilərin sayı daha 8,5 milyon artaraq 222 milyona çatacaq.

Qeyd edilir ki, hesabat dövrü ərzində şirkətin gəliri 7,4 milyard dollar, qazancı isə 1,4 milyard dollar təşkil edib.

Milli.Az