Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Nikolay Drozdov reanimasiyaya yerləşdirildi

Moskvanın cənub-qərbində evinin yaxınlığında yıxılaraq ağır xəsarət alan teleaparıcı, Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru, "Heyvanlar Aləmi" verilişinin aparıcısı Nikolay Drozdov reanimasiyaya yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, buzlu yolda yıxılan aparıcının səkkiz qabırğası sınıb. Rəssam Konstantin Miroşnik bildirib ki, Drozdov evdə qalmaq istəyib, lakin həyatı yoldaşı Tatyana onun təcili xəstəxanaya yerləşdirilməsində israr edib:

"Qabırğalar içəri sıxılır. Və çox güclü ağrıları var idi, öskürür, nəfəsi getdikcə pisləşirdi. Ona nəfəs almasını asanlaşdırmaq üçün ağciyərlərin süni ventilyasiya aparatı qoşulub".

Milli.Az