Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110  illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev,Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edəcəklər.

Fatimə Cəfərzadə (soprano), Nigar Cəlilova (xanəndə), Fəxri Kazım-Nicat (tenor) tamaşaçılara öz ifalarını təqdim edəcəklər. Konsertdə bəstəkarın əsərləri səslənəcək: "Rast" simfonik muğamı, "Vətən haqqında nəğmə", "Xosrov və Şirin" operasından "Şirinin ariyası", "Çitra" baletindən Süita, "Arzu", Niyazinin işləməsində "Qaragilə" xalq mahnısı, "Qaytağı".

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az