Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Nuranın fikirlərinə Şəbnəm tərəfdən CAVAB

Müğənni Nura Surinin Şəbnəm Tovuzlunun mahnılarında səsinə effekt qoydurduğu haqda fikirlərinə qarşı tərəfdən cavab gecikməyib.

Publika.az xəbər verir ki, bu haqda Tovuzlunun prodüseri Şahanə Ayazqızı OLAY-a açıqlamasında deyib.

“Bu onun şəxsi fikridir. Yəqin ona xoş gəlməyib, bildirib. Amma Şəbnəm xanımın canlı ifasını da təsdiqləyib, ona görə sözüm yoxdur. Müğənni effekt qoymur, onu aranjimançılar qoyur”, - deyə, Ayazqızı vurğulayıb.

Qeyd edək ki, bu gün N. Suri qonaq olduğu verilişdə Şəbnəmin canlı ifasını bəyəndiyini, lakin mahnılarında səsinə effekt qoydurduğunu söyləmişdi.