Azerbaijan

Ombudsmanın nümayəndəsi beynəlxalq konfransda iştirak etdi - FOTO

“Azərbaycanda yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE-2) layihəsi” çərçivəsində beynəlxalq videokonfrans keçirilib.

Publika.az xəbər verir ki, MOBİLAZE-2 layihəsinin məqsədi miqrasiya və sərhəd idarəçiliyi ilə bağlı qabaqcıl təcrübələri əhatə edən təhlilin hazırlanması, tədqiqat və təhlil bacarıqlarının artırılması, qaçqınlar da daxil olmaqla miqrantlar üçün inteqrasiya xidmətlərinin göstərilməsi ilə bağlı institusional bacarıqların gücləndirilməsi, miqrasiya və sərhəd idarəçiliyi üzrə təlim potensiallarının artırılması, həmçinin miqrasiya üzrə məlumatlılığın yüksəldilməsinə dəstək verməkdən ibarətdir. Qeyd edilməlidir ki, 2021-2024-cü illəri əhatə edən layihənin hazırlanması prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təklifləri də nəzərə alınıb.

Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın miqrasiya siyasəti və idarəçiliyinin əsas xüsusiyyətləri barədə geniş təqdimatlar edilmiş tədbirdə Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova da daxil olmaqla, aidiyyəti dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekpertlər iştirak ediblər.

Tədbir çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Yekunda miqrasiya idarəçiliyi sahəsində yeni prioritetlərə cavab verən bu layihə üzrə birgə fəaliyyətin səmərəli təşkil edilməsinin vacibliyi qeyd olunub.

Football news:

Timeline of Koeman's torment: terrible results, clashes with Laporta, fan attacks and dismissal. Now Barcelona wants Xavi
Salihamidzic about 0:5 with Borussia: Collective turbidity in Bavaria, which we cannot explain
Barcelona wants to appoint Xavi after Koeman's resignation
💣 ÂБарсеĞона увоĞиĞĞ° Кумана
Barcelona will announce Koeman's resignation in the near future
Barcelona bosses will meet tonight to discuss Koeman's future (Cope)
Inter coach about 2-0 with Empoli: It's a pity Lautaro didn't score, but he saves goals for the next matches