Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Omicron”a qarşı yeni peyvəndin hazırlanması aylar çəkə bilər

"COVID-19-ın "Omicron" ştammındakı mutasiyanın çoxluğu, ehtimal ki, onun mövcud peyvəndlər tərəfindən təmin edilən müdafiədən yayınmasına kömək edəcək və bu da yeni immunizasiyaların hazırlanmasını zəruri edir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Moderna"nın baş icraçı direktoru Stefan Bansel "Financial Times"ə müsahibəsində deyib.

"Moderna"nın baş tibb mütəxəssisi Paul Burtonun yeni ştammla bağlı daha əvvəl verdiyi şərhinə toxunan baş icraçı direktor mütəxəssisin haqlı olduğunu bildirib.

Onun sözlərinə görə, "Omicron" mövcud vaksinlərin yaratdığı immunitetdən yayına bilər.

S. Bansel qeyd edib ki, dərman şirkətlərinin yeni peyvənd hazırlaması və istehsal etməsi aylar çəkə bilər: "Hazırda istifadə olunan vaksinlərin "Delta" ştammına qarşı effektiv olduğu qədər "Omicron"a qarşı eyni səviyyədə qorumanı təmin etməsinin yolu yoxdur. Təbii ki, istifadə olunan vaksinlərin effektivliyində azalma olacaq. Sadəcə bu effektivliyin nə qədər azalacağını bilmirəm, məlumatları gözləmək lazımdır. Ancaq söhbət etdiyim bütün elm adamları "bu heç də yaxşı olmayacaq" kimi şərhlər verir".

Milli.Az