Azerbaijan

Ordumuz şəhid verdi: Bakıdan anti-terror

Qarabağda erməni terrorçuların hücumu nəticəsində Ordumuz şəhid verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi məlumatında üç mühüm məqam var:

Birincisi, hücum ermənilərin terror aktı kimi qeyd olunur: bu, anti-terror əməliyyatına əsas yaradır;

İkincisi, Rusiyaya mesaj verilir: terror hücumu rus sülhməramlılarının fəaliyyətinə kölgə salır;

Üçüncüsü, anti-terror əməliyyatının keçirildiyinə, yaxud hazırlığına işarə edilir:

- "Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir" qeydi bu ehtimalı gücləndirir;
- istisna deyil ki, terrorçulara qarşı cavab addımı atılıb, yaxud atılması istiqamətində hərəkətə keçilib;
- bunu hadisələrin inkişafında biləcəyik, "qəti addımlar bundan sonra da davam etdiriləcək" qeydi xüsusilə diqqət çəkir;

Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını ön plana çıxardı. Və burada diqqətçəkən məqamlardan biri də erməni qoşunlarının səssiz çıxarılmasının Moskvaya da sərf etmədiyidir: anti-terror əməliyyatı siyasi baxımdan bütün tərəflər üçün yeganə çıxış yolu kimi görünür;

MN-nin rəsmi məlumatının mətnini Bakının son xəbərdarlığı hesab etmək olar.

Milli.Az

Football news:

Dybala's house was robbed in his absence. Thieves took out a collection of watches
The talent from the Netherlands just disappeared. He left Juventus on loan, asked for leave to return home - and disappeared
PSG offered Fati a salary of 15 million euros a year and a signing bonus of 30 million euros. They wanted to sign him to replace Mbappe
Beppe Marotta: Lukaku went to Chelsea to get twice as much. After selling him for 115 million, Inter signed Dzeko for free - there is no difference
Pogba on vegan cleats: It's bold and unique. I can't wait to go out on the field in them
Julian Nagelsmann: There is no compulsory vaccination either in Germany or in Bavaria. I am for vaccination
Sulscher on Ronaldo and Salah: I will be on Cristiano's side in any dispute. But now Mohamed is on fire