Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Oruc tutanlar bu xəbəri

Oruc tutanlar bu xəbəri

Orucu nə pozur və ya oruc necə pozulur? Bu cür suallar Ramazan ayının ən maraqlı mövzularındandır. Duş qəbul etmək, göz, qulaq və burun damcısı istifadə etmək, yeməyi və su içməyi unutmaq orucu pozarmı?

Day.Az xəbər verir ki, bununla bağlı ilahiyyatçı Vüqar Səmədov Referans.az-a orucu pozan və pozmayan amilərdən söz açıb.

Belə ki, onun sözlərinə görə, yeyib-içmək, cinsi münasibətdə olmaq orucu pozan əsas səbəblərdən biridir.

Bu faktorlar orucu pozar:

- Dəstəmaz alarkən boğazdan aşağı su gedərsə

- Səhər imsakdan sonra yemək

- Axşam iftardan öncə orucunu açmaq

- Qidalandırıcı iynələr vurduqda

- Burun dərmanlarından istifadədə mədəyə maddə gedirsə

- Diş fırçalamasında dad boğazınıza gedirsə

- Bilərəkdən, öz istəyi ilə ciyərlərə tüstü çəkmək  

Bunlar isə orucu pozmur:

- Qan aldırmaq

- Ağrıkəsici iynələr vurdurmaq

- Tüpürcəyi və bəlğəmi udmaq

- İstəməyərək qusmaq

- Qulaq dərmanlarından istifadə

- Oruclu ola-ola hamamda, hovuzda və yaxud da dənizdə çimmək
- Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozmur

- Öpmək (Aişə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) oruclu ola-ola zövcələrini öpərdi. (İmam Əhməd))

- Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq

İlahiyyatçı maraqlı məqamı diqqətə çatdırıb. O, qeyd edib ki, saqqız çeynəmək orucu batil etməz.

"Ancaq tərkibində qatqı olmayan saqqızlar, əvvəldən çeynənilmiş, eləcə də çeynənəndən sonra heç bir dad əksikliyi hiss edilməyən saqqızlar orucu pozmaz. Oruc olanda bu cür saqqız çeynəmək məkruhdur".