Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Özbəkistanda keçirilən prezident seçkilərində

İlkin məlumatlara görə, Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyondan çox seçici iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamhodjayev bildirib.

Məlumata əsasən, seçici siyahılarına daxil edilən 19,859 milyon vətəndaşdan 16,03 milyondan çox seçici səsvermədə iştirak edib ki, bu da 80,8 faiz təşkil edir.

Bəzi Avropa ölkələrində və ABŞ-da Özbəkistanda prezident seçkiləri davam edir.

Z.Nizamhodjaнev bildirib ki, ilkin nəticələr oktyabrın 25-i saat 16.00-da açıqlanacaq.

Milli.Az