Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Pakistan və Əfqanıstanda zəlzələ qurbanlarının sayı artdı

Əfqanıstanda ötən gün axşam saatlarında baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb. Eyni zamanda, daha iki nəfər Əfqanıstanda həlak olub.

Publika.az TASS-a istinadən xəbər verir ki, Pakistanın Hayber-Paxtunxva əyalətinin təbii fəlakətlərlə mübarizə idarəsindən bildirilib ki, əyalətdə 9 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb.

Bundan əlavə, Əfqanıstanın Lağman əyalətində təbii fəlakət 2 nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, ötən gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

xxx

Çərşənbə axşamı axşam saatlarında Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin ilkin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Xeyber-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verir ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin sözçüsü agentliyə bildirib ki, Laqman əyalətində iki nəfər ölüb.

“Dawn” xəbər verir ki, yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub.

Publika.az xəbər verir ki, bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları dağılaraq yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,8 ​​maqnitudada zəlzələ baş verib. Zəlzələnin episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 195 km şərqdə yerləşib.

xxx

Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat yoxdur. ("Report")