Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Pakistanlı rektor Şamaxıda şəhid ailəsini ziyarət etdi - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olan Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektor Zubeyir İqbal və dekan Lodhi Sofia Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüblər.

ADU-dan Publika.az-a bildirilib ki, görüşdə Tahir Məmmədov 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana olan böyük mənəvi dəstəyindən danışıb, iki ölkə arasında yüksək səviyyəli münasibətlərə toxunub.

Sonra qonaqlar Şamaxının qədim Dəmirçi kəndində olublar. Nümayəndə heyəti daha sonra Vətən müharibəsi şəhidi Əliyev Yusif Asif oğlunun ailəsinə baş çəkib, valideynlərinə başsağlığı veriblər.

Səfər proqramı Şahxəndan qəbiristanlığının ziyarəti ilə başa çatıb.

Görüşdə elmi işlər üzrə prorektor professor Novruz Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Tamam Cəfərova və universitetin əməkdaşları iştirak ediblər.