Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Paşinyan da əlacı tapılmayan "xəstəliyə" tutuldu -

Son hadisələr bir daha görstərdi ki, Ermənistanın üçtərəfli formatı dağıtmaq, bəyanatlara zidd davranış ortaya qoymaq cəhdləri yalnız özünün ziyanına işləyə bilər. Noyabrın 16-da növbəti dəfə Azərbaycanla sərhəddə təxribat cəhdi Ermənistana 44 günlük müharibədən sonra vurulan ən ağır zərbə kimi yadda qaldı.

Lokal savaşın getdiyi həmin 1 gün ərzində Azərbaycan Ordusu xeyli sayda erməni hərbi texnikasını, canlı qüvvəsini məhv etməklə yanaşı onlarla hərbiçilərini də sağ ələ keçirdi ki, bu amil növbəti dəfə İrəvanın rüsvayçı siyasətindən xəbər verirdi. Çünki Azərbaycana müharibə elan etməyin İrəvana nələr hesabına başa gələ biləcəyi İkinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbi-siyasi rəhbərliyinə çox yaxşı bəlli olmuşdu. Paşinyanın indiyə kimi də Vətən müharibəsindən sonra Azərbaycanın əsir götürdüyü erməni silahlılarını geri qaytarmaq üçün müraciət etmədiyi beynəlxalq təşkilat, dövlət, dövlət başçıları qalmadı. Belə bir məqamda Azərbaycan əsgəri növbəti "qənimət"ləri ələ keçirdi ki, bu da Bakının İrəvan qarşısında əlini gücləndirdi.

Belə ki, iki gün əvvəl Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verdi. Təbii ki, qarşılığında isə Ermənistandan işğaldan azad olunan digər ərazilərin bütün mina xəritələri alındı. Beləcə, rəsmi Bakı İrəvanın əsirlərlə bağlı şivənliyinin bir müddətlik səngiməsinə nail olmaqla yanaşı, mina xəritələrini almaqla həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, soydaşlarımızın tezliklə doğma yurd-yuvalarına qayıtması prosesinə də müəyyən qədər nail oldu.

Lakin Soçi görüşü zamanı Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin səsləndirdikləri birgə bəyanata yenə İrəvan naxələf çıxan tərəf oldu. Baş nazir müavinlərinin görüşü zamanı Soçidə razılaşdırılan Zəngəzur dəhlizi məsələsinin həlli ilə bağlı danışıqlara Ermənistan tərəfi növbəti dəfə əngəl olmaq üçün qarşı çıxdı. Beləcə baş nazir müavinləri səviyyəsindəki görüş bu dəfə də perespektiv qazanmadı. Ortaya bu nəticə çıxdı ki, Ermənistan rəhbərliyi qarşısına əsas hədəf kimi Brüssel görüşünü qoyub. Bu görüşə kimi İrəvan bütün mümkün təklifləri danışıqları, imzalanan bəyanatları "iptal" etmək məqsədilə əlindən gələni əsirgəməyəcək, danışıqlar prosesini sabotaj etməyə çalışacacaq.

Nəticədə isə rəsmi İrəvan Brüssel görüşündə üçtərəfli formatı dağıtmaq, danışıqlar prosesini Minsk Qrupuna daşımaq, digər dövlətləri (Qərbi, ABŞ-ı) hal-hazırki formata daxil etməyə cəhd göstərəcək. Rəsmi Bakının mövqeyi əvvəl gündən bəllidir, ortadadır. Azərbaycan postkonflikt dövrünə qalib tərəf kimi daxil olub və bütün platformalarda əlini mövqeyini günü-gündən daha da gücləndirən, Ermənistanı bölgədə daha da çıxılmaz duruma salan siyasəti ilə İrəvanın bu cür sərsəm məqsədinə qəti imkan verməyəcək. 

Soçi görüşü zamanı Kreml rəhbəri Vladimir Putinin və administrasiyasının son bəyanatları da deməyə əsas verir ki, nəyinki Azərbaycan, artıq hətta Rusiyanın özü də Ermənistanın mövqeyini başa düşməkdə çətinlik çəkir. Xüsusən də dəhliz ilə bağlı Ermənistan Zəngəzur dəhlizi məsələsi ilə bağlı ziddiyyətli mövqe sərgiləyirlər. Dəfələrlə qeyd edilib ki, dəhliz coğrafi məkanları birləşdirən və bir neçə nəqliyyat sistemlərindən ibarət olan bir şəbəkədir. Bu məsələ ilə bağlı hər hansı uydurmalar və fərziyyələr yaymaq yersizdir.

Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasını ləngidir ki, bu da Rusiyanın vasitəçi olduğu üçtərəfli bəyanatların öhdəliklərinə ziddir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir. Yeri gəlsə, Rusiya İrəvana təzyiqi daha da artırmalı, aldadılan tərəf kimi Ermənistanı buna daha sərt şəkildə məcbur etməlidir. Rusiya bunu etməyəcəyi təqdirdə Azərbaycan 44 günlük müharibədə olduğu kimi, bunu güc yolu ilə özü yoluna qoymaq iqtidarındadır. 

Dünənə kimi Ermənistana hər cür dəstəyini ifadə edən İranın da Aşqabad görüşündən sonra Azərbaycanla münasibətlərinə yenidən baxması İrəvanı xülyalardan ayəltmalı, anlamalıdır ki, rəsmi Bakı hər ötən gün bölgədə daha da gücünə güc qatır, beynəxlaq əlaqələrini daha da gücləndirir. Buna sübut kimi həftələr öncə üçtərəfli bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinə qarşı çıxan, hətta Azərbaycana sərhəd boyu hərbi güc nümayişinə kimi vəziyyəti gərginləşdirən Tehranın bu gün həmin kommunikasiya yolunun istifadəsində razılıq əlini uzatmasınıə göstərmək olar. Buna səbəb kimi İran tərəfi dəhlizin region ölkələrinin ərazi bütövlüyü çərçivəsində bərpa olunacağını göstərdi.

Bundan əlavə Türkmənistan, İran və Azərbaycan arasında qaz müqaviləsi ilə Ermənistrana ən yaxın müttəfiq ölkələrdən hesab edilən İran qaz probleminin böyük hissəsini həll edəcək ki, bu da Tehranın 3+3 platformasına daha da yaxınlaşdıran bir böyük iqtisadi əməkdaşlığa doğru atılan addımlardan biri hesab edilə bilər. Ermənistan da İranın bir-iki aya anladığını nə qədər gec deyil, anlamalıdır. Amma çətin...

Bu, Ermənistanda sağalmaz xəstəlikdir. Biraz keçmişə nəzər saldıqda bunu daha aydın şəkildə görmək mümkündür. Hələ 2 əsrdən də artıq zaman bundan əvvəl rus yazıçısı və diplomatı A.S.Qriboyedov general feldmarşal, qraf Paskeyiviçə yazdığı məktubunda deyir: "İmperator həzrətləri, ermənilərin rus mərkəzli ərazilərdə məskunlaşmasına izin verməyin. Onlar elə bir tayfadandırlar ki, bir yerdə 10 illərlə yaşadıqdan sonra bütün dünyaya "buralar bizə dədə-babamızdan qalıb" deyə qışqırmağa başlayacaqlar".

Bəli, bunu daim əsrlərdir ermənilərə havadarlığı ilə bəlli olan Rusiyalı məşhur bir şəxs deyib. Lakin bu ermənilər barədə nə birinci, nə də sonuncu belə bir faktdır. Dünyanın nüfuzlu, alimləri, rəssamları, sərkərdlələrinin ermənilərin xisləti ilə bağlı dedikləri onlarla belə ifadələrə rast gəlmək olar.

Rəsmi İrəvanın hazırki mövqeyi evtanaziyadan (şəxs(lər)in öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsidir - red.) başqa bir şey deyil. Ermənistan hərbi-siyasi rəhbərliyinin son addımlarının bir adı var -  Azərbaycanı buna təşviq etmək. Azərbaycan isə hələ ki, təmkinli davranışı ilə bütün dünyaya nə qədər humanist olduğunu növbəti dəfə nümayiş etdirir. Lakin şübhəsiz ki, bu da bir yerə qədər olacaq. Bunu Ermənistana cavabdeh şəxslər, təşkilatlar, ona havadarlıq edən qüvvələr, siyasət adamları zamanında anlamalıdırlar. Sonra çox gec ola bilər...

Təhməz Əsədov
Milli.Az