Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Paşinyanı növbəti hücum əmrinə kim vadar etdi? - Nikol tələdə

Ermənistanın baş naziri həm Qərbin, həm də Rusiyanın məngənəsindədir; Cənubi Qafqazda sabitlik olmasını istəməyənlərin “siyasi kuklası”...

İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan bir dövlət olaraq özünə gələ bilmir. Düşmən ölkə faktiki olaraq vahid mərkəzdən idarə oluna bilmir, Paşinyan bir “siyasi kukla”ya çevrilib. Həm daxildəki rəqiblərindən qorxur, həm onun dəstəyi ilə hakimiyyətə gəldiyi Qərbdən ehtiyatlanır, həm də boyunduruğundan çıxa bilmədiyi Rusiyadan çəkinir və onların diqtəsilə hərəkət edir. Özünün konkret bir fikri, dayanıqlı mövqeyi yoxdur.

Bir qədər əvvəl deyirdi ki, Ermənistanın dövlət maraqları, gələcəyi naminə hazırda ətrafında müzakirələr gedən sülh sazişinə imza atacaq. Bu açıqlamasından sonra İrəvanda lokal qruplar etiraz aksiyasına çıxarıldı. Şübhə var ki, bu etirazları elə Paşinyanın razılığı ilə hökumət təşkil etmişdi. İddia olunur ki, Paşinyan kimlərəsə xoş gəlmək üçün həmin bəyanatı verib, sonra guya “xalq etiraz etdi” görüntüsü yaradaraq, geri çəkildi.

Paşinyanın mimikasına uyğun xaotik, hətta giclik adlandırıla bilən bu siyasi davranışının, özünü sülh tərəfdarı kimi göstərib, əməldə əksini etməsini Ermənistan silahlı qüvvələrinin aylardır təxribatları davam etdirməsi də təsdiqləyir. Bu iddia da var ki, ola bilsin Paşinyan irəliyə doğru addım atmaq istəyir, ancaq revanşist hərbi-siyasi dairələr, ordu bölmələri ona tabe olmur və planlar pozulur. Əgər belədirsə, bu Paşinyanın daha bədbəxt bir durumda olmasını göstərən fakt kimi qiymətləndirlməlidir. Ölkə rəhbəri ölkəsinə, hərbi-siyasi dairələrə nəzarət edə, mərkəzləşmiş siyasət həyata keçirməyə nail ola bilmirsə, bu, həm onun özünün, həm də dövlətinin hansı fəlakətli durumda olmasının bariz nümunəsidir.

Nikol bir neçə gün öncə də təkrarlamışdı ki, sülh prosesinə, bu gedişat üzrə razılaşmalara sadiqdirlər. Üstəlik də arsızcasına Azərbaycanı aqressiv davranışda ittiham etməyə çalışmışdı. Hansı ki, Azərbaycan 44 günlük savaşdan, 10 noyabr Üçtərəfli Bəyanatından sonra dərhal ən yüksək səviyyədə sülh danışıqlarına başlamaq təklifini verdi və bu yöndə sadiqliyini daim nümayiş etdirdi. Bu və digər bütün məsələlərdə Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Hətta 10 noyabr 2020-ci ildən – atəşkəsdən sonra Azərbaycan ərazisində diversiya, terror törətmək istəyən (və törədən), ələ keçən, mühakimə olunan təxribatçıların da böyük hissəsini geri qaytarmışıq.
Ancaq Ermənistan sülh danışıqları, delimitasiya və demarkasiya üzrə danışıqlarda əldə olunan anlaşmalara heç zaman əməl etmədi. Əksinə, sülh müqaviləsinə yaxınlaşdığımız bir vaxtda – 12-14 sentyabr təxribatını törətdilər. Ardınca səslərini başlarına atdılar ki, guya Azərbaycan Ermənistan ərazisinə “təcavüz” edib.
Bunun bir adı var, erməni həyasızlığı! Paşinyanın, İrəvanın pozuculuğu nəticəsində hələ də müəyyən edilməyən sərhədin haradan keçdiyi məlum deyilsə, hansı “təcavüz”dən danışmaq olar? Məhz buna görə də nə BMT Təhlükəsizlik Şurası bu cəfəngiyata inandı, nə də KTMT.

                                         ***

Gözlənilirdi ki, 12-14 sentyabrda Azərbaycanın Ermənistana verdiyi növbəti dərsdən, habelə BMT və KTMT-nin mövqeyindən sonra ermənilər sülh danışıqlarına maraqlı ola bilərlər.
Ancaq deyəsən, daha da ağır fəlakətlərlə üzləşmək istəyirlər. Faktiki olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin son günlərdəki davranışları düşmənin növbəti təxribatlara başlamaq planlarının mövcudluğunu göstərir.
Sülh istəmələrinə dair danışdıqları sadəcə blefdir, “nala-mıxa vuraqdır”. Sülh “istəyən” ölkənin rəsmilərinin bir-birini təkzib edən açıqlamaları düşmənin konkret pozitiv bir mövqeyi olmadığını, əksinə, növbəti təxribatlara baş vura biləcəklərini düşünməyə əsas verir:
Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oktyabrın 2-nə planlaşdırılan görüşündə Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən “Ermənistan əvvəlki kimi konstruktivdir və Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmağı hədəfləyir və eyni şeyi Azərbaycandan da gözləyir” deyib.
Ondan dərhal sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə bildirib:
“Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var. Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir. Və biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik".

default.jpg (21 KB)
Martikyan dolayısı ilə səfirlərə o mesajı verib ki, “nə sülh, biz növbəti hərbi əməliyyata başlamaq üçün rəhbərlikdən əmr gözləyirik, buna dair qərar da var”.
Güman ki, səfirlər Martikyanın açıqlamasını ciddiyə alıblar və öz ölkələrinə dərhal məruzə də ediblər. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini de-fakto dünyaya növbəti hücumlar edəcəklərinə dair rəsmi açıqlama verib.
İndi dünyanın buna münasibətinin necə olacağı maraqlıdır. Erməni general açıqca deyir ki, növbəti təxribatları törətməklə bağlı qərarın icrasına dair əmri gözləyirlər. Bununla həm də öz generallarının dili ilə dünyaya, səfirlərə etiraf etmiş oldular ki, 12-14 sentyabr təxribatının müəllifi məhz Ermənistandır. Hətta yenə də hərbi cinayətlər törədəcəklərini duyururlar.
                                               ***

Azərbaycan erməni xislətinə yaxşı bələddir, ona görə də bilirik ki, hər an təxribat törədə bilərlər. Eyni zamanda Azərbaycanın kəşfiyyat orqanları da ermənilərin hansı planları olduğunu əvvəlcədən öyrənə bilirlər, indi də vaxtaşırı bu məlumatlar əldə edilir, kontr-tədbirlər görülür.
Azərbaycan sübut edib ki, istənilən təxribatın qarşısını almaqda aciz deyil, erməninin cavabını 5 qat vermişik və verəcəyik. Sentyabr təxribatları zamanı da bunun şahidi olduq.
Nəhayət, Prezident İlham Əliyevin 27 sentyabr 2022-ci ildə - Anım Günündə bir daha diqqətə çatdırdığı bəyanatı xatırlatmaq yerinə düşər. Sitat: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

                                   ***

Ermənistan indi sözün əsl mənasında fəlakət yaşayır və dövlət kimi məhvin astanasındadır. Bunu dünyanın obyektiv beyin mərkəzləri də etiraf edir. Ancaq qəribədir ki, adam kimi yaşamaq, normala dönmək də istəmirlər. Bunun iki səbəbi ola bilər:

1. Dünyanın siyasi terminləri içərisində yer alan “erməni xəstəliyi” sağalmazdır, genetik anormallıqdır, gerizəkalılıqdır. Onlar heç zaman normal ölkə, normal qonşu olmaq istəməyəcəklər, daim təpələrinə yumruq vurmaq lazım gələcək;

2. Ermənistan özbaşına deyil, ona məhz bu cür ikili oyunlar oynadan, sülhdən yayındıran, Qafqazda sabitliyin davamlı pozulmasında alət kimi istifadə edən xarici güclər var. Obyektiv rəylər odur ki, nə ABŞ, nə də Rusiya Cənubi Qafqazda əmin-amanlıq olmasını istəyir. Çünki nüfuz savaşı aparırlar və fərqli-fərqli iqtisadi, geosiyasi maraqları var. Paşinyan isə Qərbin yetirməsidir, “Soros uşağı”dır. Onlar nə desə edəcək. Eyni zamanda Nikol həm də Rusiyanın, Putinin məngənəsindədir. Belə bir durumda şübhəsiz ki, Ermənistan sülhə, sərhəd müəyyənləşməsinə gələ bilməz. “Gəl sülh imzalayaq” deyəndə, “ipim başqalarının əlindədir” sözünü açıq demir, təxribatları “çıxış yolu” kimi görür(lər). Beləliklə, Paşinyan tələdədir. 

Ancaq bu rəzillik, qeyri-müəyyənlik nə zamana qədər davam edə bilər?

Əlbəttə, bu suala cavab vermək asan deyil. Ancaq son baş verənlərdən, gedişatdan aydın olan odur ki, “ikili agent” kimi bir dövlət olması səbəbindən Ermənistanın bölgədə yaranmış yeni reallıqlara uyğun davranması, buna məcbur edilməsi xeyli zaman və enerji aparacaq...

Elşad MƏMMƏDLİ
Musavat.com

Elşad MƏMMƏDLİ