Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Pele: “Yenidən futbol oynamağa hazıram” - VİDEO

Braziliya millisinin heyətində üç qat dünya çempionu olan Pele əməliyyatdan sonra səhhəti ilə bağlı açıqlamaları verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Tanrıya şükürlər olsun, özümü yaxşı hiss edirəm, daha yaxşıyam və hətta bazar günü futbol oynamağa da hazıram", - deyə futbol veteranı qızının sosial şəbəkə hesabında paylaşılan videomüraciətdə bildirib.

Qeyd edək ki, Pele üç qat dünya çempionu ünvanına sahib yeganə futbolçudur. O, 1958, 1962 və 1970-ci illərdə Dünya çempionu olan millinin heyətində yer alıb.

Milli.Az