Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Pikenin anası Şakiranın ağzını belə qapadı, “sus” dedi

İnternetdə “Barselona”nın sabiq futbolşusu Jerard Pikenin anasının Şakiranın ağzını qapamasını əks etdirən video yayılıb.

Publika.az xəbər verir ki, 2016-cı ilə aid kadrlarda Pikenin anası Montserrat Bernabeu müğənniyə nə isə izah edir, sonra isə onun yanağından tutub barmağını dodaqlarına yaxınlaşdıraraq “sus” işarəsi verir.

Şakiranın arxası kameraya tərəf dayandığı üçün reaksiyası görünmür. Həmin vaxt onların yaxınlıqda dayanan Pike heç bir şəkildə söhbətə qarışmır.

Pike və Şakira 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Futbolçunun müğənnini aldatdığı bildirilir.